ABŞ ŞOKDA - Kəşfiyyat Rusiyanın məxfi sınaqlarını ELAN ETDİ

Baxış sayı:
877

Rusiyanın “S-500” yeni nəsil hava hücumundan müdafiə sisteminin məxfi sınaqları müvəffəqiyyətlə keçib.
Muxalifət.az xəbər verir ki, bu haqda Amerika kəşfiyyatının məruzələri ilə tanış mənbələrə istinadən CNBC telekanalı bildirib.
Telekanal xəbər verir ki, “S-500” 481 kilometr məsafədə olan hədəfi vura bilib. Bu, demək olar ki, daha əvvəlki sınaqlarda qeydə alınan göstəricidən 80 kilometr daha çoxdur.
“Rusiya iddia edir ki, zenit-raket sistemi hipersəsli raketləri, uçuş aparatları, pilotsuz təyyarələri, həmçinin “F-22” və “F-35” kimi döyüş təyyarələri zərərsizləşdirmək imkanına malikdir. “S-500” bir neçə hədəfə dəqiq zərbələri vurmaqla, Kremlin hərbi imkanlarını genişləndirəcək”, - CNBC qeyd edib.
“S-500” “Yer-hava” tipli zenit raket sistemlərinin yeni nəslinə aiddir. O, raket əleyhinə müdafiənin yüksək potensialı ilə hətta ballistik raketləri vura bilər. Bundan başqa, “S-500” yaxın kosmosda demək olar ki, Yer kürəsinin səthindən yüz kilometr hündürlükdə obyektləri yaxalamağa qadirdir.