ABŞ-a ŞOK: İraq atanın ferması deyil

Baxış sayı:
8854

ABŞ hərbi qüvvələrinin İraqdan çıxarılması üçün parlamentdə qanun layihəsi qəbul ediləcək.
Bunu parlament sədrinin birinci müavini Həsən əl-Kəabi deyib.
Yazılı açıqlama verən birinci müavin ABŞ prezidenti Donald Trampın “İraqdakı ABŞ bazasını saxlamağı İranı müşahidə etmək üçün istəyirəm. Çünki İran gerçək bir təhlükədir” sözlərini qınayıb.
Kəabi bildirib ki, ABŞ İraq dövlətinin qanunlarını və konsitutsiyasını pozur:
“Bu gün də başqa bir təxribatçı davranışlar ortaya çıxaraq qüvvələrinin qonşu ölkəyə hücum üçün İraqda qalacağını dedi. İraqda ABŞ-ın varlığına son qoymaq üçün hər kəsə çağırış edirik. Çünki İraqın başqa ölkəyə hücum planının parçası olmasını istəmirik. ABŞ əsgərləri və onların idarəçilərinin ölkədən çıxarılması və ABŞ ilə təhlükəsizlik haqqında razılaşmanın pozulması üçün parlamentdə qanun qəbul edəcəyik”.
Şiə milis qüvvələri Əsayib Əhlixalq Təşkilatının üzvü, millət vəkili Həsən Sari isə Trampa “İraq atanın ferması deyil. Heç bir xarici qüvvənin torpaqlarımızda qalmasına icazə verməyəcəyik” sözlərini ünvanlayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp CBS televiziyasına müsahibəsində ABŞ-ın İraqdakı bazasına çox pul xərclədiyini və buna baxmayaraq, həmin bazanın fəaliyyətini davam etdirəcəyini deyib.
Xatırladaq ki, 2003-cü ildə ABŞ işğal etdiyi İraqda 166 min əsgərini saxlamış, 2011-ci ilin dekabrına qədər orada qalmışdı. Barak Obamanın prezidentliyi dövründə isə bütün əsgərlər Amerikaya qayıtmışdı. Lakin İŞİD terror təşkilatının 2014-cü ildə bölgədə fəalllaşması ABŞ-ı yenidən İraqa gətirmişdi.
ABŞ Xarici İşlər Nazirliyinin yayımladığı son hesabata görə, iki ölkə arasında əldə edilən razılaşmaya əsasən, İraqda 5 min amerikalı əsgər var./Publika