​ABŞ-ın əsl hədəfi: Terrorçulara dəstək, indi isə yeni dövlət...

Baxış sayı:
3883

Suriyanın şimalındakı terrorçulara 2 ildir ki, investisiya yatırıldı, indi isə dövlət yaratmaq gündəmə gəlib.

Muxalifet.az xəbər verir ki, bu iddia ilə Nyu York Tayms qəzeti çıxış edib.
Qeyd edilir ki, vətəndaş müharibəsinin baş verdiyi Suriyaya sülh gətirəcəyini deyən ABŞ regiona daxil olduqdan sonra terror təşkilatlarına dəstək olaraq vətəndaş qırğınına daha da şərait yaradıb. Suriyada milyonlarla insanın həyatını itirməsinə səbəb olan ABŞ Türkiyədə qanlı hücumlar təşkil edən PKK-nın Suriyadakı qollarına dəstək verir.
PKK-nın Suriya qolu YPG-yə 5 min TIR silah və hərbi texnika göndərən ABŞ-ın əsl hədəfi Suriyadakı neft yataqlarıdır. Belə ki, bu region Suriyanın ən zəngin neft yataqlarına sahibdir.