ABŞ şirkətindən İraq Kürd Muxtariyyəti ilə bağlı GÖZLƏNİLMƏZ QƏRAR
20-10-2017 09:50
ABŞ-a aid olan “Çevron” neft şirkəti İraq Kürd Muxtariyyəti ərazisindəki fəaliyyətini dayandırıb.
Bir neçə gün ərzində bütün işçilər təxliyə edilərək vətənlərinə göndəriləcək. Şirkətin təmsilçisi yalnız şərtlər icazə verdiyi zaman təkrar istehsala başlayacaqlarını bildirib.
Qeyd edək ki, “Çevron” şirkəti 2012-ci ildə İraqın mərkəzi hökumətindən icazə alamadan İraq Kürd Muxtariyyəti ərazisində işləməyə başlayıb. Lakin şirkət hələ də neft ixracatını həyata keçirməyib.