ABŞ şirkəti Qaşıqçının qətlindən sonra Səudiyyədən aldığı pulları geri qaytarıb

Baxış sayı:
6547

ABŞ-ın “Washington Post” dərc edilən xəbərə görə, “Endeavor” şirkəti Səudiyyə Ərəbistanı ilə islahat siyasətini, siyasətçiləri və mediada önə çıxan şəxsləri tanıtmaq və piar işləri görmək üçün müqavilə bağlayıb. Səudiyyə jurnalisti Camal Qaşıqçının vəliəhd şahzadə Məhəmməd bin Salmana yaxın şəxslər tərəfindən vəhşi bir şəkildə öldürülməsindən sonra isə şirkət aldığı pulu qətlə etiraz olaraq geri qaytarıb.
 
Qeyd edək ki, Məhəmməd bin Salmanın liderliyindəki Riyad rəhbərliyi ölkə tarixində görülməmiş islahatlara imza atmış və bir çox qadağanı qaldırmışdı. Eyni zamanda, ölkə içərisində çox sayda konsertlər təşkil edilərək ilklərə imza atılmışdı.
Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsin sonra isə başda ABŞ Senatı olmaqla, çox sayda ölkə və təşkilat cinayətdənSəudiyyə vəliəhdi Məhəmməd bin Salmanı və Riyad rəhbərliyini məsul tutmuşdu.
Müxalifət.az