​ABŞ Şimali Koreya məsələsilə bağlı Çindən anlayışlı addımlar gözləyir

Muxalifet.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Hezer Nauert (Heather Nauert) jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Çin Şimali Koreyanın nüvə proqramı ilə bağlı vacib qərar verməlidir.
“Çinlə bu məsələdə danışıqlar müsbət nəticələr verəcəyinə inanırıq. Biz aydın şəkildə görürük ki, Çin Şimali Koreyanın nüvə sınaqlarından çox narahatdır. Çin rəhbərliyi yaxşı anlayır ki, Şimali Koreya yalnız onlara deyil, beynəlxalq ictimaiyyətə də təhlükə yaradır”, - deyə Hezer Nauert bildirib.
O, bildirib ki, Çinin Şimali Koreya ilə münasibətlərini bu gün iki ölkə rəhbərinin görüşü zamanı daha yaxşı başa düşüb.
Qeyd edək ki, bu gün Çin lideri Si Tszinpin ilə ABŞ prezidenti Donald Tramp arasında görüş olub. Görüş zamanı Şimali Koreyanın nüvə sınaqları da müzakirə obyekti olub. Görüşdə mühüm qərarların qəbul olunduğu vurğulanıb.