​ABŞ Şimali Koreya ilə işbirliyi quran türk şirkətini cəzalandırdı

Baxış sayı:
4654

ABŞ Maliyyə Nazirliyi BMT qətnamələrinə rəğmən Şimali Koreya ilə əməkdaşlıqda ittiham olunan şəxslərin və təşkilatların siyahısını genişləndirib. 
Muxalifet.az xəbər verir ki, bu dəfə siyahıda Türkiyənin “Sia Falcon International Group” şirkəti və onun iki rəhbəri yer alıb. 
Sözügedən şəxslər sanksiyalardan yan keçməklə, Şimali Koreyaya malların tədarükünə cəhd ediblər. 
Sanksiyalar həmçinin Şimali Koreyanın Monqolustandakı səfirliyinin əməkdaşına tətbiq olunub. Həmin şəxs “Sia Falcon International Group” ilə danışıqlar aparmaq üçün bu il Türkiyədə səfərdə olub.