ABŞ Şimali İraqda yeni FİTNƏ HAZIRLAYIR

Baxış sayı:
3877

ABŞ, Şimali İraqdan Türk qüvvələrinin çıxarılması üçün imza toplayıb, Kürd Bölgəsi parlamentinə göndərib.
 
Türkiyənin reaksiyasına və mane olma cəhdlərinə baxmayaraq cənub sərhədində bir Kürd dövləti yaratmaq səylərini gizli aparan ABŞ, çirkin niyyətlərini davam etdirir. Bir tərəfdən Suriyada PYD-ni qoruyub, saxlama siyasətini davam etdirən ABŞ, Şimali İraqda da bölgə xalqını Türkiyəyə qarşı qızışdırmağa yönəlik həmlələrini davam etdirir.
 
TÜRKLƏRİN ÇIXARILMASI ÜÇÜN İMZA TOPLADILAR
 
Ərbildə Bərzaninin KDP-sinə yaxınlığı ilə tanınan “İnaf” adlı bir qeyri-hökumət təşkilatı, Şimali İraqdan Türk qüvvələrinin çıxarılması üçün imza toplayıb, Kürd Bölgəsi parlamentinə müraciət edib. ABŞ, "Suriyanın şimalında 30 min nəfərlik ordu yaradacağı ilə Türkiyənin cənubunda bir Kürd dövləti yaratmaq cəhdi, Türkiyənin yeritdiyi diplomatik təşəbbüslər və “Zeytub Budağı” Hərəkatı ilə böyük uğursuzluğa düçar oldu. Ancaq həm Suriya, həm də İraqın şimalında Kürd dövlətinin yaradılmasını təmin edəcək addımlar atmaqdan geri çəkilmir. Suriyada Türkiyənin “Fərat Qalxanı” və “Zeytun Budağı” hərəkatları ilə Kürd dövləti xəyalını gerçəkləşdirə bilməyən ABŞ, daha əvvəl də Şimali İraqda "referendum" sınağı ilə uğursuzluğa düçar olmuşdu.İndi də başqa yollardan Türkiyəyə qarşı bölgə insanını qaldırmağa çalışır. Ərbildə, KDP-yə yaxınlığı ilə tanınan “İnaf” adlı qeyri-hökumət təşkilatı, Şimali İraq ərazisindən Türk qüvvələrinin çıxarılması üçün imza toplayıb, Kürd Bölgəsi parlamentinə müraciət etdiklərini açıqlayıb.
Müxalifət.az