ABŞ əsgərlərinə qarşı terrorda YPG-İŞİD izi...

Baxış sayı:
7810

Münbiçdə ABŞ əsgərlərinə qarşı törədilər terror partlayışından sonrakı araşdırmalarda, xain hücumun arxasında PKK / YPG-nin olduğu ortaya çıxıb.
 
 Münbiç şəhər mərkəzi daxil, bütün çıxışlarda yaradılan axtarış məntəqələrinə YPG-nin nəzarət etdiyi, zaman-zaman da ABŞ liderliyindəki koalisiya gücü əsgərlərinin də bu nöqtələri yoxladığı bilinirdi. Yerli qaynaqlara görə, terror təşkilatı YPG partlayışın olduğu gündən bir gün əvvəl Münbiçdə tutduğu İŞİD terror təşkilatı üzvü olan bir qrupu sərbəst buraxıb. Yerli qaynaqlar ABŞ və koalisiya qüvvələrinin müəyyən fasilələrlə eyni nöqtədə patrul xidməti həyata keçirdiyi, zaman-zaman da bu restoranda nahar etdiklərini bildirirlər. Hücum zamanı ölən YPG-li terrorçunun canlı bomba hücumunu təşkil edən İŞİD-çı terrorçuya əsgərlərin olduğu nöqtəni bildirdiyi irəli sürülüb. Bölgədəki ABŞ kəşfiyyat əməkdaşlarının mövzunu araşdırması lazım olduğu ifadə edilib.
 
Türkiyəni qaralama xəbəri
 
Digər tərəfdən, hücumu planlaşdıran YPG, özünə yaxın xəbər agentlikləri vasitəsilə hücumun arxasında Türkiyənin olduğu yalanını yaymağa başladı. Terror təşkilatı dünən 7 İŞİD döyüşçüsünü hücum hazırlığındaykən tutduğunu iddia edərək "Münbiçdə Türk kəşfiyyatı ilə əlaqəli yeni hücum həyata keçirmək istəyən döyüşçülər tutuldu" yalan xəbərlərini yaymağa çalışdı.
 
YPG əlindəki İŞİD-çıları istifadə etdi
 
ABŞ-ın Suriyadan çəkilməməsi üçün əlindəki İŞİD-çıları istəfadə edərək intihar hücumlarını həyata keçirən YPG / PKK, dünən yalanlarına yeni birisini əlavə edib. Terrorçular yenə əlində olan 7 İŞİD-çını kameraların qarşısına çıxarıb, "Bunları hücum hazırlığında ikən tutduq. Onların Türk kəşfiyyatı ilə əlaqələri var” yalanını uydurub.
Müxalifət.az