ABŞ əsgərləri ordaykən Fəratın şərqində əməliyyat risk daşıyırmı?

Baxış sayı:
4051

Türkiyə üçün Fəratın şərqində sərhədə yaxın nöqtələr prioritet təşkil edir. Bunlar arasında da Münbiçdən etibarən Ayn əl Arab və Tel Abyad ön plana çıxır. Şimalda Hasəkəyə qədər uzanan bu zonanın PKK işğalından təmizlənməsi ilk məqsəd olacaqdır.
 
ABŞ-ın Fəratın şərqindəki məqsədi sözdə İŞİD-la mübarizə bəhanəsi ilə silahlandırdığı PKK terrorçularını İŞİD-dan sonra bu regionda ordu halına gətirməkdir. Və bu yöndə konkret hərəkətə keçərək 40 min SDG-li döyüşçüyə hərbi təlim veriləcəyini bəyan edib.
 
ABŞ əsgərinin olduğu Fəratın Şərqinə keçiriləcək əməliyyat riski
 
“ABŞ-ı qarşısına alıb, Fəratın şərqinə Türkiyə necə əməliyyat  keçirəcək” deyə əndişə duyanlar əmin olsunlar ki, onların bu narahatlıqlarından daha çoxu hazırda Amerikada da var. Türk əsgəri Fəratın şərqində Amerikan əsgəri qarşı-qarşıya gəlməyəcək, əgər bu bir narahatlıq hissidirsə, bunun eynisini Amerikalılar da hiss edir. Pentaqon da qəti şəkildə Suriyada Türk əsgəri ilə qarşı-qarşıya gəlmək istəmir.
 
ABŞ HANSI ADDIMLARI ATACAQ?
 
Türkiyə bu əməliyyata başlayanda ABŞ təcavüzkar bir addım deyil, orta yol tapmağa yönəlik həmlələr edəcək. Amma bu Münbiçdəki kimi baş qatma taktikası olmayacaqdır. Bunun üçün Fəratın şərqindəki müəyyən bir əraziyə qədər cənuba çəkilib, PKK terrorçularını də özləri ilə aparmağı qəbul etmələri yüksək ehtimaldır. Əlbəttə bunu edərkən 1 ildir Münbiçdəki süründürmə prosesini də birdəfəlik qapadacaqlar.

Müxalifət.az