ABŞ əsgəri PKK/YPG mövqelərində

Baxış sayı:
8413

ABŞ əsgərlərinə aid 2 vertolyotun terror təşkilatı PKK/PYD-yə aid səngər və mövqelərin üzərində alçaq uçuş həyata keçirərkən görüntülənib.
 
Hər nöqtəsində hərəkətliliyin hakim olduğu Suriyanın Münbiç sərhədində də ASO qüvvələri ilə terror təşkilatı PKK/PYD nümayəndələri bir-birini 24 saat əli tətikdə təqib edir. “Fərat Qalxanı” hərəkatı bölgəsi ilə Münbiç cəbhə xəttini bir-birindən ayıran Saçı çayının iki qolunda ASO qüvvələri ilə terror təşkilatı PKK/PYD nümayəndələri qarşılıqlı olaraq növbə tutur.
 
ABŞ vertolyotları bölgədə patrul vəzifəsi yeridir
 
Bir-birinə bir neçə yüz metr uzaqlıqdakı ASO qüvvələri ilə damlarını qum torbaları möhkəmləndirdikləri binalarda olan terrorçular arasında regionda TSQ və Amerikalı əsgərlər zirehli maşınlarla patrul-keşik vəzifəsini yerinə yetirir. Ancaq zaman zaman ABŞ-a məxsus vertolyotlar də bölgədə patrul fəaliyyəti aparır.
Müxalifət.az