ABŞ səfirliyindən “DOLLAR” TƏHDİDİ

Baxış sayı:
2926

Rusiya Araşdırmaları İnstitutunun rəhbəri professor Saleh Yılmaz, bu gün ziyarətlərinə gələn ABŞ səfirlik rəsmisinin "Dolların 7 TL olacağını proqnozlaşdırırıq" - dediyini bildirib. Sosial media hesabından görüşmə ilə bağlı mesajlar paylaşan Yılmaz, bu ifadələri qeyd edib:
 
 "ABŞ-ın Türkiyəyə iqtisadi embarqo siyahısını hazırladığı iddia edilir. Bu gün bizimlə görüşə gələn ABŞ səfirliyini nümayəndəsinə "İstədiyiniz nədir” deyə sual etdim. "Dolların 7 TL olacağını proqnozlaşdırırıq” – cavabını verdi. Bu etdiyinizlə Türkiyəni itirəcəksiniz deyəndə, "Bəlkə də elə istəyirik" cavabını aldım. ABŞ-ın yerli seçkilərə qədər bu cür hücumlarla Türkiyə iqtisadiyyatını hədəf alacağı görünür. Ancaq Türkiyə nə Yaxın Şərq ölkələrinə, nə də İrana bənzəməz. Məsəl var, azdan az, çoxdan çox gedər, deyərlər. ABŞ da itirməyə hazır olmalıdır ki, bu itki heç də sıradan bir itki olmaz".
Müxalifət.az