​ABŞ səfirliyinə hücumla bağlı İLK AÇIQLAMA: "Türkiyədəki səfirlər, diplomatlar və..."

Baxış sayı:
3889

ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından açıqlama gəlib.
Partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumun təxribat olduğunu açıqlayıb.
“Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir” -, sözçü bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında naməlum şəxslər ABŞ-ın Ankaradakı səfirliyinin təhlükəsizlik işçilərinə silahlı hücum ediblər. Hadisə tələfatsız ötüşüb.