ABŞ səfirliyi ünvan göstərdi, terrorçular terror törətdi

Baxış sayı:
4939

ABŞ-ın Suriyadakı səfirliyinin sosial media hesabından Cerablusdakı Türk xəstəxanası ilə bağlı video paylaşma edib. O videonun paylaşılmasından 4 gün sonra isə PKK terror təşkilatı Cerablusa terror hücumu edib.
 
Haber7.Com / Taha Dağlı
 
ABŞ Suriyada 2011-də başlayan vətəndaş müharibəsi prosesində Dəməşqdəki səfirliyini bağlayan ilk ölkə olmuşdu. Obamanın göstərişilə 6 fevral 2012-də Dəməşq səfirliyi bağlanmışdı. Ancaq ABŞ-ın Dəməşq səfirliyinin sosial media hesabları açıq saxlanılır.
Məhz o sosial media hesabından 8 noyabr günü bir video paylaşılıb.
TSQ-nin “Fərat Qalxanı” hərəkatı ilə İŞİD terrorçularından təmizlədiyi şəhərdə həyatın nə qədər normal və nizamlı olduğu vurğulanırdı.
ABŞ səfirliyinin yaydığı videoda Türkiyənin Cerablusda inşa etdirib, fəal vəziyyətə gətirdiyi xəstəxanada Suriyalılara illər sonra ilk dəfə normal şərtlərdə həyat imkanı verdiklərinə diqqət çəkilirdi.
ABŞ-ın Dəməşq səfirliyi o görüntülərlə, "Cerablus İŞİD-dən azad edilib, insanlar səhiyyə xidmətləri ilə bağlı nələr düşünür, izləyin" mesajı bölüşmüşdü.
 

4 GÜN SONRA CERABLUSA PKK HÜCUM ETDİ
 
Çox keçmədi.
 Yalnız 4 gün sonra Cerablusda uzun zamandır olmayan bir şey meydana gəldi.
 PKK terrorçuları Cerablusa hücum etdi.
Bomba yüklü avtomobillə terror aktı həyata keçirdi.
1 nəfər həyatını itirdi, 24 nəfər də yaralandı.
Terror hücumu məhz Türkiyənin tikdirdiyi məktəbin qarşısında baş verib.
 ABŞ səfirliyinin video mesajı ilə diqqət çəkdiyi Cerablusdakı xəstəxana ilə Türkiyəyə aid xəstəxana binasının önü də müharibə meydanına döndü.
ABŞ səfirliyinin birdən birə Cerablusda Türkiyənin fəaliyyətlərini bölüşməsi ilə dərhal sonra Cerablusda PKK terrorçularının terror hücumu reallaşdırması arasında bir əlaqə varmı?
Suriyada 7,5 ildir baş verən çirkli işlərdə ABŞ-ın o qədər çox payı var ki, bu son twitter bölgüsü də Amerikanın sosial media üzərindən Suriyalı vətəndaşları və Türkiyəni hədəf göstərib, PKK terrorçularını səfərbər etdiyi şəklində şərh olunur.
Müxalifət.az