​ABŞ səfirliyi Azərbaycanın mümkün sanksiyaları haqda

ABŞ-ın Azərbaycandakı səfirliyi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi İdarə Heyətinin üzvü Rövşən Rzayevin hazırladığı “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsinə münasibət bildirib.
ABŞ səfriliyi "Turan"-ın sorğusuna aşağıdakı cavabı verib: “Biz qanun layihəsini hələ görməmişik. Lakin həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq. Heç bir ölkə mükəmməl deyil. İnsan haqları və demokratik prinsiplərin qorunmasının təmin olunması, təkmilləşdirilməsi sahələri davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açıqıq”.