ABŞ səfirindən Qaşıqçı cinayətiylə bağlı etiraf

Baxış sayı:
100

ABŞ-ın Səudiyyədəki keçmiş səfiri Robert Jordan CNN televiziyasına etdiyi açıqlamada, son dövrdə Türkiyə mətbuatında yer alan və Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu əməkdaşlarının içində Qaşıqçı-nın cəsədinin olduğu düşünülən torbaların daşındığı görüntüləri dəyərləndirib.
 
 Sözügedən görüntüləri, "şok edici və ürək bulandıran" olaraq şərh edən Jordan, ölkəsinin Qaşıqçı cinayəti məsələsindəki mövqeyinə dair, "Bu məsələdə ipin ucunu itirdik. Bu bir faciədir. ABŞ rəhbərliyindən bu cinayətin bəzi havadarlarının vizalarını ləğv etməkdən başqa bir addım görməmişik. Bunun mənası da odur ki, bu cinayət ortaqları ölkəmizə gəlməyəcək və Disneyland-a getməyəcək. Bu tam bir axmaqlıqdır" deyib.
Səudiyyə Ərəbistanına daha sərt sanksiyaların tətbiq edilməsinin lazım olduğunu vurğulayan Jordan, Yəməndəki daxili müharibədə ABŞ-ın Səudiyyə Ərəbistanına verdiyi dəstəyin kəsilməsi və iqtisadi münasibətlər məsələsində addımlar atılması lazım olduğunu söyləyib.
Jordan Qaşıqçı cinayəti mövzusunda atılması lazım olan digər addımlar haqqında da fikir bildirib: "Səudiyyə Ərəbistanının İstanbul baş konsulunun ABŞ-a səyahət imtiyazları olmamalıdır. Ayrılacağı danışılan Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri vəzifəsindən getməlidir. General Con Abizaidin Səudiyyə Ərəbistanına səfir təyin olunacağı elan olunub, amma bu barədə hələ də bir addım atılmayıb".
Müxalifət.az