​"ABŞ səfiri Türkiyə qubernatoru deyil" - ÇAVUŞOĞLU

“ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.
“Anadolu” agentliyi bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.
Nazir yenidən Gülənin ABŞ-dan ekstradisiya olunması məsələsinə toxunub: “Biz ABŞ hakimiyyətindən Gülənin həbs edilməsini gözləyirik”.