​ABŞ səfiri Lavrovun Ermənistanla bağlı bəyanatını tənqid etdi

Baxış sayı:
2800

ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın daxili siyasi vəziyyətilə bağlı son bəyanatını şərh edib.
Muxalifet.az-ın məlumatına görə, azvison.az erməni KİV-nə istinadən xəbər verir ki, jurnalistlərin “Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi?” sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib. Bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür.
“Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Ermənistandakı 2008-ci ilin 1 mart hadisələri qanunun aliliyi nəzərə alınaraq obyektiv və detallı şəkildə araşdırılmalıdır.” – deyə, Mills vurğulayıb.
Qeyd edək ki, 3 avqustda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Lavrov bəyan edib ki, “Ermənistanda 10 il əvvəlki hadisələr araşdırılır və həbslər icra edilir. Bu, Ermənistanın daxili işi olsa da, çox istəyirik ki, bütün bu daxili işlər möhkəm qanuni zəminə söykənsin. Ermənistanda vəziyyətin qaynamağa davam etməsi bizi narahat edir.” Onun bu bəyanatına Ermənistanın baş naziri Nikol Paşinyan "bəli, indi havalar çox istidir" cavabını verərək, Lavrovu ələl salıb.