ABŞ senatorundan Türkiyəyə S-400 təhdidi

Baxış sayı:
4138

Türkiyə prezidenti Ərdoğanın "S-400 məsələsi bizim üçün bitmişdir, geri addım atmamız söz mövzusu deyil" açıqlamasından sonra ABŞ-da sular isinməyə başlayıb. ABŞ Konqresinin Nümayəndələr Palatasındakı bəzi üzvlər Türkiyəni Rusiyadan alacağı S-400 hava müdafiə sistemindən imtina etməyə çağırıb və bununla bağlı Məclisə bir layihə təqdim edib.
 
Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində hazırlanan təklifdə, prezident Rəcəb Tayyib Ərdoğana Rusiya ilə ABŞ-Türkiyə ortaqlığını və Türkiyənin NATO-dakı rolunu təhlükəyə atacaq bir hərbi əlaqəyə girməkdən çəkinməyə çağırış edilib.
Layihənin altında, Nümayəndələr Məclisinin 2 nömrəli Demokrat Steny Hoyer, Nümayəndələr Məclisinin ən üst səviyyə Respublikaçı üzvü Kevin McCarthy, Engel və Xarici İşlər Komitəsinin ən üst səviyyə Respublikaçı üzvü Michael McCaul, təsisat Komitəsinin sədri Nita Lowey, üst səviyyə Respublikaçı üzv Key Granger, Ədalət Komitəsinin sədri Jerolld Nadler və üst səviyyə Respublikaçı üzv Doug Collins-in imzası var.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan ötən günlərdə S-400 müqaviləsində geri addım atılmayacağını dilə gətirmiş və bu ifadələri işlətmişdi: "S-400-dən sonra bir də S-500 söz mövzusudur. S-500-də də Türkiyədə birgə istehsal söhbət predmeti olacaq".
Müxalifət.az