ABŞ senatorundan Trampa sillə kimi sözlər: “Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyədən nə qədər aldın?”

Baxış sayı:
13273

ABŞ-ın Demokrat Partiyasının öndə olan Massaçusets senatoru Elizabet Uorren, prezident Donald Trampı jurnalist Camal Qaşıqçı-nın İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda itməsi prosesindəki davranışı səbəbiylə tənqid edib.
 
ABŞ prezidentinin Ər-Riyad hakimiyyətinə lazımi təpki verməməsini, Trampın Səudiyyə ilə olan şəxsi iqtisadi əlaqələrinə bağlayan Uorren, Twitter hesabından yazdığı statusda, "Səudiyyə illərlə Donald Trampın batmış müəssisələrini kreditləri ilə xilas ediblər. Bu günədək nə qədər pul alıb, görəsən? Amerika prezidentinin Səudiyyə Kralının sözçüsü kimi davranmasının bədəli nə qədərdir? Tramp vergi hesablarını açıqlasın da, görək" deyə qeyd edib.
 
 
Şahzadə bin Salmanın məsuliyyətini ört-basdır etmə səyi
 
Trampın "sərsəri qatillər" ifadəsi, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın hadisədəki məsuliyyətini ört-basdır etmə cəhdi kimi şərh olunub ABŞ-da.

Müxalifət.az