ABŞ senatoru Trampı söyüş yağışına tutdu
22-02-2019 08:18
Baxış sayı:
10096
Amerika Birləşmiş Ştatlarında Respublikaçı senator Lindsey Qrehem Suriyadan çəkilmə qərarı alan Donald Trampa söyüşlər yağdırıb.
Lindsey Qrehem prezident Donald Trampın Suriyadakı əsgərləri 30 aprelə qədər çəkmək qərarına söyüşlə təpki verərək " bu ən absurd fikirdir” deyib.
“Washington Post”-un xəbərinə görə, Qrehem bir araya gəldiyi ABŞ Müdafiə Nazirini əvəz edən Patrik Şanahana ABŞ əsgərlərinin Suriyadan 30 aprelə qədər çəkiləcəyi xəbərinin doğru olub olmadığını soruşub.
Müsbət cavab alan Qrehem, "Bu ana qədər eşitdiyim ən absurd fikirdir" deyərək Trampın ünvanına söyüşlər yağdırıb.
Müxalifət.az