ABŞ senatorlarından çağırış: “Səudiyyə vəliəhdini vəzəifədən çıxarın”

Baxış sayı:
5056

ABŞ-ın Cənubi Karolina senatoru Respublikaçı Lindsey Qrehem, Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bağlı “Vəliəhd şahzadə o qədər zəhərli, o qədər ləkəli, o qədər qüsurludur ki, orada bir dəyişiklik olmadan gələcəkdə Səudiyyə Ərəbistanı ilə iş görməyəcəyəm" deyib.
 
Qrehem, Nyu-Cersinin senatoru demokrat Bob Menendez və New Hampşire-nin senatoru Janna Shahee-nin də aralarında olduğu bir qrup senator Yəməndəki əməliyyatlar və Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanına sanksiya tətbiq etməyi nəzərdə tutan qanun layihəsinə dair birgə mətbuat konfransı keçirib.
Qrehem-in Səudiyyə Ərəbistanını Məhəmməd İbn Salmanın vəliəhd şahzadəlikdən uzaqlaşdırılmasına dəvət etməsi diqqət çəkib.
Senator Qrehem, "Səudiyyə Ərəbistandakı dostlarımıza müraciət edirəm, işlər dəyişmədən ABŞ Senatı ilə heç bir əlaqəniz olmayacaq. O dəyişikliyin nə olduğunu müəyyən etmək də sizə qalmışdır. Mənə görə, hazırda heç bir iş getmir. Ölkələr və şəxslər arasında münasibətlər vardır. O şəxs, yəni vəliəhd şahzadə o qədər zəhərli, o qədər ləkəli, o qədər qüsurludur ki, orada bir dəyişiklik olmadan gələcəkdə Səudiyyə Ərəbistanı ilə iş görməyəcəyəm" deyib.
ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqənin bu cür olmayacağına diqqət çəkən Qrehem, iki ölkə arasındakı əlaqəni "bir dəyərdən artıq bir yük" kimi xarakterizə edib.
 
Senata yeni layihə
 
Senator Menendez isə Yəməndəki humanitar böhran və Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini Senatın Xarici Əlaqələr Komitəsinə təqdim etdiklərini qeyd edib.
Menendez, bu layihəylə Ər-Riyada iqtisadi sanksiyalar tətbiq olunmasına və silah satışlarının dayandırılmasını təmin edəcəklərini ifadə edib.
Menendez, "Bu (qanun) yalnız ABŞ müttəfiqi olduğunuz üçün birini saymazyana öldürə bilməyəcəyinizə dair qlobal bir mesaj göndərir" deyib.
Layihənin ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqənin sonu olmayacağını bildirən Menendez, "Səudiyyə Ərəbistanının dəyişməsinin lazım olduğunu deyirik" deyə söyləyib.
Həmin toplantıda çıxış edən senator Şaheen isə, Yəməndə baş verənlərin "qəbuledilməz olduğunu" bildirib.
Şaheen, "Bu bitməyəcək. Məsul olanlar hesab verəcəkdir. Bu iki partiyalı səy davam edəcək" deyib.
Layihənin bu gün Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılması gözlənilir.
Bundan başqa, ABŞ prezidenti Donald Trampın müharibə səlahiyyətini məhdudlaşdıracaq və ABŞ-ın Yəməndə Səudiyyə rəhbərliyindəki koalisiyaya verdiyi dəstəyin dayandırılmasını nəzərdə tutan qanun layihəsinin Baş Assambleyada müzakirə edilməsi üçün senatda səsverməyə çıxarıb.
Layihənin Baş Assambleyada müzakirə edilməsi 60-a qarşı 39 səslə qəbul edilib və bu qanun layihəsinin bu gün Baş Assambleyada səsverməyə çıxarılması gözlənilir.
Müxalifət.az