ABŞ Senatından Trampa 'Türkiyə' çağırışı

Baxış sayı:
178

ABŞ Senatı prezident Donald Trampa Rusiyanın S-400 havadan müdafiə sistemini aldığı üçün Türkiyəyə sanksiya tətbiq etmək və Türkiyəni F-35 proqramından çıxarma çağırışı edib.
 
Senatorların Trampa yazdığı məktubda, "Prezident Trampı tam sanksiya tətbiq etməyə çağırırıq. Bundan başqa, F-35-lərin təhvil verilməsinin bir müddət təxirə salınması ilə yanaşı, Müdafiə Nazirliyini Türkiyənin F-35 proqramında iştirakına son verməyə çağırırıq" ifadələrinə yer verilib.
Müxalifət.az