ABŞ Senatından Səudiyyə rəhbərliyinə mesaj!

Baxış sayı:
10951

ABŞ Senatı Xarici Əlaqələr Komitəsinin sədri senator Risch ABŞ və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin nəzərdən keçirilməsini nəzərdə tutan bir qanunu təqdim edib. Qanuna dəstək verən senator Jeanne Shaheen ''Bu qanun Səudiyyə rəhbərliyinə olduqca açıq bir mesaj hökmündədir'' deyib. Təqdim edilən qanun layihəsinə senator Marco Rubio, senator Jeanne Shaheen və senator Chris Coons da dəstək verib. "SƏUDİYYƏ ƏRƏBİSTANI ABŞ-ın BÖLGƏDƏKİ MARAQLARINI BALTALAYIR" Səudiyyə rəhbərliyinin Yəmən müharibəsindəki rolu, Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayəti və ölkə içindəki insan haqqları pozuntuları səbəb göstərilən qanun layiəsində, Vaşinqton və Riyad arasındakı əlaqələrin nəzərdən keçirilməsi çağırışı edilib. Qanun layihəsində, "ABŞ və Səudiyyə Ərəbistanının ortaq strateji maraqlara söykənən bir keçmişi olsa da, krallığın son zamanlardakı davranışı ikili əlaqələri artan bir təzyiq altında buraxıb və bölgədəki ABŞ mənfəətlərini baltalayıb" ifadələrinə yer verilib. Mövzuya bağlı ABŞ mediasına açıqlama verən senator Rich, "Konqresdə olan hər kəs Səudiyyələrlə irəliyə dönük əlaqəmizdə bəzi korrektələrin edilməsi mövzusunda həmfikirdir. Krallığın narahatlıq verici hərəkətləri yeni bir şey deyil. Bu xüsusilə hamımızın ədalət axtardığı qorxunc Qaşıqçı cinayətiylə son nöqtəyə çatdı. Bu qanun da iki ölkə arasındakı gərginlikləri nəzərdə tutur" deyib. Təqdim etdiyi qanuna senatdakı Respublikaçı və Demokrat qanaddan gələn dəstəyə görə məmnun olduğunu vurğulayan Rich, ABŞ Senatı olaraq Səudiyyə rəhbərliyi ilə olan əlaqələrin nəzərdən keçirilməsi üçün mübarizə etməyə davam edəcəklərini ifadə edib. Müxalifət.az