ABŞ Senatından “Səudiyyə Ərəbistanı” qərarı!

Baxış sayı:
8524

ABŞ Senatı Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanına etmək istədiyi silah satışına maneə törədəcək qanunu qəbul edib.
 
Senatdakı səsvermədə 45 əleyninə, 53 səs lehinə olmaqla qanun layihəsi qəbul olunub. Qanuna həm Demokrat, həm də Respublikaçı senatorların dəstək verməsi diqqəti çəkib.
Bəzi senatorlar tərəfindən səsvermədən əvvəl edilən açıqlamada, Səudiyyə jurnalisti Camal Qaşıqçının İstanbuldakı Səudiyyə Baş Konsulluğunda öldürülməsinin göz önündə saxlanılacağı və Səudiyyə rəhbərliyinin bundan məsul tutulması lazım olduğu ifadə edilib.
Qeyd edək ki, Tramp Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliyi (BƏƏ) kimi bəzi ölkələrə 22 ayrı silah satışı üçün Konqres təsdiqini "yan keçən" “təcili vəziyyət” səlahiyyətini istifadə etmə qərarı vermişdi.
Bu qərar Kogresin hər iki qanadı olan Nümayəndələr Məclisi və Senat tərəfindən təpkiylə qarşılanmışdı.
Digər yandan, aprel ayında ABŞ Konqresindən keçən bənzər bir qanun Tramp tərəfindən veto edilmişdi.
Müxalifət.az