ABŞ Senatında demokratların sayı artdı

Baxış sayı:
4342

ABŞ-da 6 noyabrda keçirilən ara seçkilərinin üstündən 6 gün keçəndən sonra Demokratların namizədi Kyrsten Sinema-nın, Arizona əyalətindəki yarışı az üstünlüklə öndə bitirdiyi bildirilib.
 
Amerika mediasında əks olunan və AP xəbər agentliyi tərəfindən elan edilən rəsmi olmayan nəticələrə görə, Krysten Sinema, Respublikaçı rəqibi Martha Mcsallidən yalnız 38 min səs artıq almaqla əyalət tarixində ilk qadın senator olmağa haqq qazanıb.
 
47-yə çıxdı
 
Eyni zamanda 1994-dən bu yana Arizonadan Senata düşən ilk Demokrat olmağı da bacaran Sinema, Demokratların Senatdakı kreslo sayını 47-yə çıxarıb.
Respublikaçıların 51 kreslo təmin etdiyi Senatda hazırda Florida və Missssippidən gələcək iki senatorla bağlı nəticələr gözlənilir.
ABŞ Nümayəndələr Məclisində 2014-ci ildən bu yana fəaliyyət göstərən Sinema, keçmiş Respublikaçı Arizona senatoru Cef Flakedən boşalan kürsüyə oturacaq.
Qeyd edək ki, ara seçkilərdə Demokratlar, Nümayəndələr Məclisindəki əksəriyyəti 8 ilin ardından yenidən ələ keçirmiş, Respublikaçılar isə Senatdakı əksəriyyətini qorumuşdu.

Müxalifət.az