ABŞ Senatı: "Kaşıkçı cinayətinə görə şahzadə Salman məsuliyyət daşıyır”

Baxış sayı:
5098

ABŞ Senatı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Kaşıkçı cinayətinə görə ittiham edən qanun layihəsini qəbul edib.
Qanun layihəsini Senatın xarici əlaqələr komissiyasının sədri Bob Korker təqdim edib.
Bob Korker deyib:
“Səs çoxluğu ilə ABŞ Senatı şahzadə Salmanın Kaşıkçı cinayətinə görə məsuliyyət daşıdığına qərar verib. Bu güclü bir bəyanatdır”.
Layihədə cinayətə görə məsuliyyət daşıyanların cavab verməsi üçün Səudiyyə Ərəbistanına çağırış da edilib. Respublikaçılar partiyasından ən azı 10 siyasətçi qanun layihəsində iştirak edib.
Layihənin qanuniləşməsi üçün Təmsilçilər Məclisindən də keçməlidir. Amma Respublikaçılar partiyasının millət vəkilləri Səudiyyə Ərəbistanı ilə ticarət münasibətlərini zədələyəcək bir qanunun əleyhinə çıxırlar.