ABŞ Senatı Azərbaycanda səfir postuna namizədi təsdiq etdi

Baxış sayı:
3622

ABŞ Senatı ölkənin Azərbaycandakı səfiri vəzifəsinə İrli Litsüenberqerin namizədliyini təsdiq edib. Trend-in məlumatına görə, onun namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Qeyd edək ki, İ.Litsüenberqer bundan öncə Almaniyanın Marşall Fondunda böyük elmi əməkdaş, ABŞ-ın NATO-dakı missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı böyük mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiyadakı və Qırğızıstandakı Səfirliklərində missiya rəhbərinin müavini vəzifələrində işləyib.