ABŞ seçkilərində bir ilk! İki Müsəlman qadın...

Baxış sayı:
10108

ABŞ-da Miçigan və Minnesota ştatlarından seçkilərdə iştirak edən Fələstin əsilli Raşida Tlaib və Somali əsilli Ilhan Omar, yarışı qazanaraq "Nümayəndələr Məclisinə daxil olan ilk Müsəlman qadın üzvlər" olmağı bacarıb.
 
Seçicilərin, Senatdakı 35, Nümayəndələr Məclisindəki 435 yerin hamısı üçün səsvermə məntəqələrinə getdiyi ölkədə hər ikisi də Demokrat Partiyadan namizəd olan Tlaib və Omarın qələbəsini elan edib.
Miçigan ştatının 13-ci bölgəsindən namizəd olan Tlaibin, bu regionu əlində saxlayan keçmiş Demokrat Nümayəndələr Palatasının üzvü Con Conyersin, haqqında çıxan cinsi təcavüz iddialarından sonra vəzifəsindən istefa verməsi və qarşısına Respublikaçı rəqib bir namizədin çıxmadığı üçün seçkidə qalib gələcəyinə qəti gözlə baxılırdı.
Seçki öncəsi ABŞ mediasına müsahibə verən Raşida Tlaib, "Məqsədim, inancım Konqresdə ədəbazlıq etmək deyil, hər kəsə dediyim kimi, dövlət xidməti kimi təsirli bir yolla İslamı təmsil etməkdir" deyib.


 
HİCABLI İLK MÜSƏLMAN QADIN ÜZV
 
Digər tərəfdən, Minnesota ştatının 5-ci rayonundan seçkilərə girən Somali əsilli Ilhan Omar, Respublikaçı rəqibi Jennifer Zielinski qarşısında qalib gələrək ABŞ Konqresinə üzvü seçilib.
ABŞ Nümayəndələr Məclisinin hicablı ilk Müsəlman qadın üzvü olan Omar, Nümayəndələr Palatasında eyni regionu təmsil edən qadın konqresmen Keyt Ellisonın yerinə keçib. ABŞ-a 12 yaşında gələn və əvvəl 4 il qaçqın düşərgələrində yaşayan Ilhan Omar, prioritetlərindən birinin ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətlərinə qarşı durmağa davam etmək, daha sonra siyasi olaraq tək ödəməli səhiyyə sistemi və silah nəzarəti kimi siyasətləri müdafiə etmək olduğunu bildirmişdi.

Müxalifət.az