​ABŞ seçkidən sonra Ermənistanda nə planlaşdırır? – Rusiyalı politoloq AÇIQLADI

Baxış sayı:
5365

“ABŞ Ermənistanda və onun ətrafında öz layihələrini sürətləndirmək üçün seçkinin nəticələrini gözləyir”.
Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk deyib.
Onun sözlərinə görə, ABŞ Qarabağ münaqişəsi ilə bilavasitə özü məşğul olmağı planlaşdırır: “Xüsusilə Sarkisyanın kadrları tamamilə əvəz edildikdən sonra hərəkətə keçəcəklər. Əgər Rusiya haqqında danışmaq lazımdırsa, vəziyyət mürəkkəb olacaq. Paşinyana müxalif olan siyasi partiyalar prosesin çətinliyini anlamırlar. Halbuki, Ermənistanın daxilində yeni proses başlanır və bu, birbaşa onlara toxunacaq”.
Politoloq Qriqori Trofimçuk qeyd edir ki, Dağlıq Qarabağ məsələsi Nikol Paşinyanın qala siyasətində əsas bənddir.
“Paşinyan hər şeydən əvvəl Qarabağda öz təsirini gücləndirməyi planlaşdırır, buna görə də oradakı hakimiyyəti (separatçı rejimi) dəyişməyi düşünür. Bako Saakyan da bunu anladığı üçün Moskvaya səfər etmişdi. Lakin Qarabağ əvvəlki dövrlərlə müqayisədə indi Cənubi Qafqazda daha əhəmiyyətli alətdir”, - deyə o bildirib.