ABŞ Əsəddən bir amerikalıya görə 300 milyon istədi

Baxış sayı:
3898

ABŞ-da federal məhkəmə amerikalı müharibə müxbiri Mariya Colvinin öldürülməsi səbəbilə Suriyada Bəşər Əsəd rejimini 302 milyon 500 min dollarlıq təzminata məhkum edib.
 
 Şri-Lankada bir partlayışda gözlərindən birini itirdikdən sonra gözünə taxdığı qara sarğıçla tanınan və dünya miqyasında münaqişələri təqib edən Colvinin, 2012-də Suriyanın Xüms rayonuna bağlı Bab Əmir qəsəbəsində bir top atəşində həyatını itirməsinə dair məhkəmə başa çatıb. Vaşinqton Federal Region Məhkəməsinin hakimi Amy Berman Jackson, Colvinin bacısı və bacısının uşaqları tərəfindən 2016-da açdığı məhkəmə iddiasında, Əsəd rejiminin Colvini "qəsdən hədəf aldığına" hökm edib.
 
"Qəsdən öldürülməsi qəbul edilə bilməz"
 
 Colvinin ölümünü "mühakiməsiz edam" kimi qiymətləndirən hakim Jackson, 36 səhifəlik qərarında, "Gördüyü iş yalnız vacib deyil, eyni zamanda müharibə sahələrində və ümumiyyətlə, müharibələri başa düşməyimizdə son dərəcə kritik olan bir Amerikan vətəndaşının qəsdən öldürülməsi yolverilməzdir" ifadələri yer alıb. Hakim Jackson, Colvinin ailəsinin məhkəməyə təqdim etdiyi dəlillərin Bab Əmir qəsəbəsindəki hücumunun bir terror təşkilatı və ya başqa bir qrupdan daha çox, Əsəd rejiminə sadiq qüvvələr tərəfindən təşkil olunduğunu ortaya qoyduğunu qeyd edib. Bundan sonra məhkəmə Əsəd rejiminə 300 milyon dolları cəza, 2 milyon 500 min dolları isə ailənin zərərinə qarşılıq təzminat olmaqla, cəmi 302,5 milyon dollara məhkum edib.
Müxalifət.az