ABŞ Əsəd bazalarını vurmağa hazırlaşır: 22 MÖVQE VURULACAQ

Baxış sayı:
2704

MKİ və Pentaqon Əsəd rejiminə aid 22 kritik nöqtənin xəritəsini çıxarıb. Hədəflər arasında İranın dəstəklədiyi Şiə milis mərkəzləri ilə içində Rus əsgərlərinin də olduğu Xüms və Tartustaki bazalar də var.
 
Şərqi Gutaya edilən kimyəvi hücuma cavab tədbirləri kimi ,MKİ və Pentaqon, Əsədə aid 22 kritik nöqtənin xəritəsini çıxarıb. Vurulacaq bazalar arasında, Şiə milislərin ağırlıqlı olduğu strateji bölgələr də var. Bundan başqa, Xüms və Tartus bölgələrində ABŞ hədəfləri arasında yerləşən 2 hərbi bazada Rus əsgərlərin olduğu bildirilir.
 
QURU QOŞUNLARI MƏHV EDİLƏCƏK
 
Vurulacaq hərbi bazalar məsələsində Fransa, İngiltərə, ABŞ və İsrailin koordinasıyası daxilində hərəkət edəcəyi qeyd edilərkən Suriya rejiminə məxsus hərbi qərargahların bombardmanı, dəniz, hava və qurudan atılan raketlərlə həyata keçiriləcək. Suriyalı Beynəlxalq Əlaqələr eksperti Zekeriye Molahafci, ABŞ-ın detallı bir hədəf xəritəsi çıxardığını, Suriya daxilində 20-dən çox hərbi hədəflərin yaxın bir neçə gün ərzində vurulması üçün hazırlıq gördüyünü bildirib.
 
 HAVA LİMANLARI DA HƏDƏFDƏ
 
Deyrizor-El Bukemal xəttində İŞİD cəbhəsində yaşanan hərəkətliliyə diqqət çəkən Molahafci, ABŞ-ın yanına Fransa, Böyük Britaniya və İsraili alaraq başda hərbi hava limanları olmaqla, strateji nöqtələri bombardman edəcəyini iddia edib. Molahafci, Xüms, Dəməşq, Tartus və Xama ilə birlikdə Hasekə, Deyrizor və Raqqa sərhədləri daxilində yer alan hərbi qərargahların da müəyyən hədəflər arasında yer aldığını söyləyib.
Müxalifət.az