"ABŞ-ın savaş bəyanatları yalandır" - XAMENEİ

Yaxın Şərqdəki qeyri-stabilliyin müəllifi ABŞ-dır.
 
Bunu yüksək vəzifəli İran məmurları ilə görüşü zamanı ölkənin Ali dini lideri Əli Xamenei söyləyib.
“Vaşinqtonun İŞİD-lə savaş haqqında bütün bəyanatları yalandır. ABŞ və agentləri Yaxın Şərqdəki qeyri-stabilliyin mənbələridirlər. İŞİD-i kim yaradıb? Amerika. Amerikanın bütün savaş bəyanatları yalandır”, – deyə o bildirib.