“ABŞ sanksiyalarının gücü zəifləyib” – İran prezidenti

Baxış sayı:
9808

İran prezidenti Həsən Ruhani ABŞ-ın ölkəsinə yönəlik təzyiqlərinin zirvəyə çıxdığını ifadə edərək sanksiyalarıyla əlaqədar münasibət bildirib.
 
Həsən Ruhani ABŞ-ın ölkəsinə yönəlik təzyiqlərinin zirvəyə çıxdığını, bununla birlikdə sanksiyaların gücünün həqiqətən sona çatmaq üzrə olduğunu söyləyib.
Ruhani paytaxt Tehranda Nazirlər Kabinetinin yığıncağından sonra etdiyi çıxışda ABŞ sanksiyalarıyla əlaqədar münasibət bildirib.
Həsən Ruhani bu gün Yaponiyanın baş naziri Abe Şinzoyla, sabah da Qırgizistanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı yığıncağında əhəmiyyətli görüşlər keçirəcəyini ifadə edərək "Sanksiya və təzyiqlər təsir gücünü itirdi, daha da təsirsiz hala gələcək" deyə söyləyib.
 
‘Tarixdə bənzəri yoxdur'
 
ABŞ sanksiyalarına baxmayaraq yaxşı vəziyyətdə olduqlarını, ancaq bunun bütün problemlərin həll edildiyi mənasına gəlmədiyinə işarə edən Ruhani, "ABŞ-ın ölkəmizə qarşı tətbiq etdiyi bu cür sanksiyaların tarixdə bir bənzəri yoxdur. BMT kanalıyla ölkəmizə qarşı tətbiq olunan sanksiyalar ilə ABŞ-ın bu günki embarqoları müqayisə edilə bilməz" deyə bildirib.
Ruhani srağagün Tehranı ziyarət edən Almaniyanın Xarici İşlər naziri Heiko Maas-ın da ona açıq bir şəkildə ABŞ-ın səhv etdiyi yönündə fikir ifadə etdiyini qeyd edib.
İran prezidenti "Pisliyimizi istəyənləri haqq, ədalət və müzakirə masasına çəkəcəyik və səhv etdiklərini qəbul etmək məcburiyyətində qoyacağıq. Daha əvvəl ölçüsüzcə etdikləri açıqlamaları indi daha münasib bir səviyyəyə endirdilər və şübhə yoxdur ki, girdikləri səhv yoldan geri addım atacaqlar" deyib.
Müxalifət.az