“ABŞ-ın sanksiyalarını nüvə razılaşmasının pozulması kimi qiymətləndiririk” - İran

 “ABŞ-ın tətbiq etdiyi sanksiyaları nüvə razılaşmasının pozulması kimi qiymətləndiririk”
 
Reuters agentliyinin  verdiyi xəbərə görə, bunu İran XİN rəhbərinin müavini Abbas Əraqçı bəyan edib.
 “Hesab edirik ki, nüvə razılaşması pozulub. Təbii ki,  biz bu qərara qarşı müvafiq tədbirlər görəcəyik”, deyə A.Əraqçı bildirib.
 Qeyd edək ki, İranla “altılıq” ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında Birgə Fəaliyyət Planı 2015-ci il, iyulun 14-də Vyanada imzalanıb. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.