ABŞ sanksiyaları Türkiyəni “Şərqi Fərat” əməliyyatına vadar edəcək - ARAŞDIRMA

Baxış sayı:
8779

Rusiyanın S-400 havadan müdafiə sistemlərinin Türkiyəyə gətirilməsi ilə Ankara və Vaşinqton rəhbərlikləri arasındakı gərginlik yüksəlməyə davam etdi. Türkiyənin "seçim deyil, zərurət" olaraq qiymətləndirdiyi havadan müdafiə sistemləri NATO tərəfindən ilk mərhələdə "narahat edici" olaraq xarakterizə edildi.
 
SETA Təhlükəsizlik Araşdırmaçısı Ömər Özkizilcikin TRT World-ə etdiyi şərhdə, S-400 havadan müdafiə sistemləri ilə Türkiyənin Suriya sərhədinə reallaşdırdığı intensiv hərbi daşımalara diqqət çəkilib. Özkizilcik Ankara və Vaşinqton arasındakı gərginliyin ABŞ-ın Fəratın şərqindəki mövqeyinə təsir edə biləcəyini ifadə edərək Türkiyənin bütün ssenariləri qiymətləndirdiyini qeyd edib.
ABŞ-ın sanksiya tətbiqi və Türkiyənin iqtisadiyyatına zərər verməsinin ikili əlaqələrə böyük zərər verəcəyinə diqqət çəkən Özkizilcik, bu fikirləri bildirib: "ABŞ sanksiyalarının tətbiq olunduğu və təhlükəsiz bölgə müzakirələrinin dayandığı bir ssenaridə, Türkiyə YPG/PKK təhdidinə qarşı əməliyyat başlada bilər. Türkiyə-ABŞ anlayışının ölməsi və Ankaranın sanksiyalarla üz-üzə qalması, Türk rəhbərliyini Suriyada hərbi müdaxilə variantına yönləndirib, heç olmasa sanksiyaların təsirləri hiss olunana qədər bir milli təhlükəsizlik təhdidindən xilas olması ilə nəticələnə bilər".
 
Suriya sərhədində hərbi hərəkətlilik
 
Türkiyənin Suriya sərhədindəki hərbi hərəkətliliyə də diqqət çəkən təhlükəsizlik araşdırmaçısı Özkizilcik, Türk rəhbərliyinin ABŞ ilə problemlərin həlli mövzusundakı istəklərinin azaldığını və səbirlərinin tükəndiyini ifadə edib.
Terror təşkilatı YPG/PKK-nın işğal etdiyi bölgələrlə həmsərhəd ərazilərdə TSQ-nin hərbi əməliyyat baxımından hərəkətli olduğunu ifadə edən Ömər Özkizilcik, "Sərhəd bölgəsinə gedən əsgərlər arasında Fərat Qalxanı və Zeytun Budağı əməliyyatlarına qatılmış əsgərlər də var. Tanklar da daxil olmaqla, ağır silahlar sərhədə yerləşdirilib. TSQ-də bütün icazələr 3 ay müddətinə ləğv edilib. Türk döyüş təyyarələrinin düşmən sərhədlərinə yaxın ərazilərdə uçuş reallaşdırdığı və kəşfiyyat məlumatı topladığı görülür" deyib.
Müxalifət.az