ABŞ-a “sanksiya zərbəsi”! Ümid etdiyini ala bilmədi

Baxış sayı:
4894

İran prezidenti Həsən Ruhani, ABŞ-ın 5 noyabrdan sonrakı gözləntilərinin yerinə yetmədiyini və İran xalqının keçmişə nisbətən daha ümidli olduğunu açıqlayıb.
 
Tehrandakı Yüksək Sosial Şurasının toplantısında çıxış edən Ruhani, ABŞ-ın ikinci sanksiya paketinin təsiri ilə bağlı açıqlama verib.
İran xalqının 5 noyabrdan əvvələ nisbətən daha ümidli olduğunu qeyd edən Ruhani, "Bəziləri 5 noyabrdan sonra xüsusi şəraitin yaranacağını və xalqın həyatının alt-üst olacağını düşünürdü. Amma hamı gördü ki, bu fikirlər səhvdir və bir xəyaldan ibarətdir" deyib.
 
ABŞ-ın ümid etdiyi olmadı
 
ABŞ-ın heç bir iddiasının yerinə yetmədiyini deyən Ruhani, bəzi jurnalistlərlə birlikdə media orqanının mənfi hadisələri şişirdərək verdiyini və xalqın ümidinin sındığını ifadə edib.
Ölkədə sabit maaş alanların sanksiyalar səbəbilə iqtisadi və dolanışıq çətinlikləri ilə üz-üzə qaldığını bildirən Ruhani, bunların həll edilməyəcək problemlər olmadığını və hökumətin gündəmində olduğunu bildirib.
Ruhani, qadınların stadionlarda futbol matçı izləməsi ilə bağlı mübahisələrə də toxunaraq, "Stadionların bir hissəsinin qadınlara ayrılmasında nə maneə ola bilər? Bu şəriətə, qanunlara və Mədəniyyət İnqilabı Ali Şurasının qətnamələrinə zidd deyil" deyib.
Müxalifət.az