ABŞ-ın sanksiya qoyduğu şirkətə PKK/YPG neft satır

Baxış sayı:
307

ABŞ-ın “Wall Street Journal” qəzeti YPG/PKK terror təşkilatının Bəşşar Əsəd rejimi üçün önəmli bir xam neft tədarükçüsü halına gəldiyini yazıb.
 
Qəzet ABŞ kəşfiyyatına və lojistikanı həyata keçirən yük maşınlarının sürücülərinə əsaslandırdığı xəbərdə, YPG/PKK-nın ABŞ və Avropa tərəfindən Əsəd rejiminə neft tədarük etdiyi üçün sanksiya siyahısına saldığı “Qatirji Group” adlı şirkətə böyük məbləğdə xam neft satdığını yazıb.
Xəbərdə, sözügedən neftin Suriyanın şərqində YPG/PKK nəzarətindəki 30 kvadrat kilometrlik bir sahədən çıxardığı qeyd edilib. İŞİD-ın da ötən illərdə eyni regiondan neft çıxararaq həmin şirkətlə ticarət etdiyi vurğulanıb.
WSJ-nin xəbərində, ABŞ Xəzinə Nazirliyi və “Qatirji Group” rəsmilərinin məsələyə dair verilən suallara cavab verməkdən qaçdığı da ifadə edilib.
Qeyd edək ki, ABŞ 2011-ci ildə ölkə daxilindəki dinc etirazçılara tətbiq etdiyi zorakılıq səbəbiylə Əsəd rejiminə neft alverini qadağan etmişdi.
Daha əvvəl də YPG/PKK və Əsəd rejiminin neft transferini sürətləndirmək üçün Deyrizorda Fərat çayının altından YPG/PKK işğalındakı Şuheyl mahalından rejim nəzarətindəki Bukris mahalına boru çəkdiyi ortaya çıxmışdı.
ABŞ-ın dəstəklədiyi terror təşkilatı Suriyadakı neft ehtiyatlarının təxminən  70 faizini işğal edib.
Müxalifət.az