ABŞ-ın sabiq prezidenti Trampı “ədabaz” adlandırıb

 Amerika Birləşmiş Ştatlarında (ABŞ) tarixçi Mark Andeqrouvun sabiq Prezidentlər ata və oğul Corc Buşlara həsr olunmuş «Sonuncu respublikaçılar» (The Last Republicans) adlı kitabı nəşrə hazırlanır.
 
«The Hill»-in məlumatına görə, bu kitabda ata Buş ABŞ-ın hazırkı Prezidenti Donald Tramp barədə xoş olmayan fikirlər səsləndirib və onu «ədabaz» adlandırıb.
«Mənim ondan xoşum gəlmir. Onun barəsində çox şey bilmirəm, amma bilirəm ki, o, ədabazdır. Mən onun liderliyindən o qədər də sevincək deyiləm» – deyə, ata Buş 2017-cı ilin mayında Andeqrouva bəyan edib.
Sabiq prezidentin fikrincə, Tramp ölkəni birləşdirə bilərdi, amma bu, ondan «təvazökarlıq» tələb edərdi. Ata Buşun sözlərinə görə, Tramp üçün bu, mürəkkəb iş olardı. Sabiq amerikalı lider əlavə edib ki, Trampda müəyyən eqoizm var.
Oğul Corc Buş da öz növbəsində, bildirib ki, Trampın qələbəsini heç gözləmirmiş. Onun fikrincə, Tramp «bilmir ki, prezident olmaq nə deməkdir»./azpolitika.info