ABŞ S-400 üçün hərəkətə keçdi

Baxış sayı:
12505

ABŞ Türkiyə kimi, Hindistanın da Rusiyadan S-400 raketdən müdafiə sistemi satın almasına qarşı çıxır. Hind xəbər agentliyi “Press Trust of India”-da (PTI) yer alan xəbərə görə, ABŞ Xarici İşlər Nazirliyindən üst səviyyə bir səlahiyyətli bir qrup hind jurnalistə etdiyi açıqlamada, Yeni Delhi rəhbərliyinin Rus istehsalı sistemi satın alma qərarının adi bir razılaşma olaraq görülməyəcəyini və razılaşmanın ABŞ-Hindistan hərbi əməkdaşlığına mənfi təsir edəcəyini söyləyib. S-400-lərin satın alınmasının ABŞ-ın Düşmənlərinə Sanksiyalarla Qarşılıq Qoyma Qanunu (CAATSA) çərçivəsində Rusiyaya tətbiq olunan sanksiyaları pozacağını vurğulayan səlahiyyətli, "NATO müttəfiqimiz Türkiyə ilə yaşadığımız çox ciddi mübahisəyə baxın. Eyni narahatlıqlar Hindistanın S-400-ləri satın aldığı təqdirdə də etibarlı olacaq" deyib. Müxalifət.az