ABŞ-ın S-400 təzyiqinə qarşı Türkiyənin cavabı nə ola bilər?

Baxış sayı:
4120

ABŞ S-400-lə bağlı təzyiq siyasətini davam etdirir. Gəlinən nöqtədə ABŞ 'səsgücləndirici diplomatiya " ilə prosesi media üzərindən yönəltmək istəyir. Məsələyə münasibət bildirən təqaüddə olan general Əli Dəniz Kutluq bu fikirləri bildirib:
 
"S-400 məsələsi yeni deyil artıq, 1,5 il oldu. Mən bu mövzunu daha 1,5 ay əvvəl ABŞ-ın Avropadakı ən yetkin komandiriylə öz ölkələrində 20 TV kanalında dartışdıq. Bizim o zamankı vardığımız nəticə, “F-35-lərə zərər gəlməsi söz mövzusu olursa, bu texniki bir problemdir və əlaqədar təşkilatlar qarşılıqlı əməkdaşlıq yolu ilə problemi həll edərlər” idi. ABŞ-lı komandir da eyni inancdaydı və bu səhnəyə 200 tamaşaçı və onlarla mətbuat nümayəndəsi də şahidlik etdi.
 
 
Amma nədənsə, ən güclü təpki indi ortaya çıxır. Artıq vəziyyət elə görünür ki, arxa planda Türkiyədən bir şey istəyirlər və Türkiyə bunu etməyincə digər məsələrlə bizi təhdid edirlər. Bu məqbul bir müttəfiq münasibəti deyil.
Bu müzakirələr səsgücləndirici diplomatiyasından azad edilməli və müvafiq diplomatiya kanalları ən qısa müddətdə qəbul edilməlidir. Amerika Birləşmiş Ştatları bu məsələni artıq daxili siyasətinə çevirib. Kongresdəki alınan son qərarda da erməni və yunan lobbiləri Türkiyə əleyhinə çalışdı.
Türkiyə uyğun bir dillə vəziyyəti mümkün qədər bütün dünyaya diplomatiya vasitəsilə izah etməlidir".
 
"Türkiyə hava sahəsini ABŞ təyyarələrinə bağlaya bilər"
 
"ABŞ-ın embarqo ya da sanksiya qərarına Türkiyənin cavabı nə ola bilər" sualına cavab verən Kutluk, bunları söyləyib:
"Sanksiyalar olacaqsa, Türkiyənin də əli armud toplamayacaq. Ölkəmizin də çox fərqli kartları var. Ən sadəsindən məsələn, ABŞ təyyarələrinə Türk hava sahəsi bağlanılsa, ABŞ Orta Şərqin geniş bir bölgəsində çox ciddi zərər görəcək. İncirlik bazasının bağlanması da yenə ilk mərhələdə ABŞ-a çox ciddi təzyiq mexanizmi olacaq. Təbii ki, proses daha da irəliləsə, Türkiyənin istifadə edəcəyi başqa “kozır”ları da olacaq".
 
"BU DƏFƏ ONLAR DÜŞÜNSÜN"
 
Kutluk son olaraq, "S-400-dən geri addım atmaq olmaz" dedikdən sonra, "Hər hansı iqtisadi təzyiqlərə görə geri addım atıla bilməz. İngilislərin bir sözü var; əgər banka 500 lirə borcunuz varsa, bu sizin probleminizdir. Ancaq borcunuz 500 min lirə isə bu artıq bankın problemidir. Biz bu günə qədər kifayət qədər düşündük. Türkiyə S-400 alarsa, nə olacağı sualını artıq onlar düşünsün" deyə bildirib.
Müxalifət.az