ABŞ-ın “S-400” təhdidinin arxasında hansı niyyət dayanır? – Generaldan açıqlama

Baxış sayı:
16387

Türkiyə ilə ABŞ arasında Suriya, FETÖ liderinin qaytarılması, F-35, Patriot kimi fərqli mövzu başlıqlarda heyətlər arası görüşlər davam edərkən, Ankaradan gələn bir açıqlama prosesi yenidən fərqli bir ölçüyə daşıdı.
 
Türk heyətin Washingtonda danışıqları davam etdirərkən adı açıqlanmayan üst səviyyə ABŞ-lı səlahiyyətli Ankarada mətbuat mənsublarıyla bir araya gələrək çox əhəmiyyətli açıqlamalar verib.
ABŞ-lı səlahiyyətliyə görə, heyətlər arası görüşlər müsbət gedirmiş, ancaq Türkiyənin "S-400 haqqında israr etməsi" ciddi nəticələri özü ilə gətirə bilərdi. Belə ki, ABŞ-lı mənbə, "Əgər Türkiyə S-400 alırsa, Patriot dəftəri bağlanacaq. F-35 mövzusu təhlükəyə girəcək və Türkiyə ABŞ sanksiyalarına məruz qala bilər" sözləriylə S-400 haqqında ABŞ-ın təhdidə yönəlik yanaşmasını gözlər önünə sərib.
 
"S-400-ü bir vitrin kimi istifadə edir"
 
Türk Silahlı Qüvvələrində uzun illər çox əhəmiyyətli vəzifələrdə olan təqaüdçü general Fəxri Erenel yenisafak.com-a etdiyi açıqlamada, Türk heyətin ABŞ-da görüşləri davam edərkən Ankarada edilən bu şərhin təsadüf olmadığını vurğulayıb.
ABŞ-ın S-400 mövzusunu Türkiyəyə qarşı davamlı vitrində tutduğunu, ancaq əsl hədəfinin başqa mövzular olduğunu deyən Erenel, "Türkiyənin Fəratın şərqinə əməliyyat keçirmə məsələsindəki qətiyyəti, bölgəyə ciddi hərbi yığınaqlara davam etməsi ABŞ-ın əsl problemlərindən biridir. ABŞ- dakı Türk heyətində də əməliyyat qətiyyətini gördülər. Başqa bir təməl problem isə ABŞ-ın Venesueladakı vəziyyətinə və Maduro əleyhdarı mövqeyinə Türkiyənin ilk gündən bu yana dəqiq bir dillə qarşı çıxmasıdır. ABŞ bunu da qəbul etmək istəmir. O səbəblə Ankaradakı ABŞ-ın üst səviyyə səlahiyyətlisinin açıqlamasında Türkiyəyə Maduronun müxalifi Guaidonu tanıması çağırışı da var" deyib.
 
Türkiyə S-400-dən imtina etsə çox ciddi əks təsiri olur
 
ABŞ-ın “blef” etdiyini deyən Erenel, "Türkiyə bundan sonra S-400-dən imtina etsə, nəticələri nə olar" sualını cavablandırıb:
"Bunun çox ciddi təsiri olur. Suriyada vətəndaş müharibəsi yenidən körüklənər. Şərqi Aralıq dənizindən tutmuş Qara dənizə qədər çox geniş bir coğrafiyaya birbaşa təsir edər.
S-400-dən imtina etmək, həm Türkiyənin, həm də Rusiyanın öz ayağına atəş açması anlamına gələr. Belə bir addım atsanız Türk-Rus əlaqələri də geri dönülməz bir nöqtəyə gedər və zaman içərisində təsis edilən bütün bu zəmin bir anda itirilər.
ABŞ-ın ən böyük narahatlığı Rusiyanın F-35-in texniki xüsusiyyətlərini S-400-lər üzərində test edə bilməsidir. S-400 ilə Ruslar F-35-lərin hansı məsafədə çözə biləcəyinə inanırlar. Amma bu doğru deyil".
 
Türkiyə F-35 proqramından çıxarsa, bu təyyarələr uzun müddət uça bilməz
 
ABŞ-dan gələn "Türkiyə F-35 proqramından çıxarıla bilər" təhdidinə də toxunan Erenel, "F-35 onsuz da hal hazırda ciddi problemlərlə boğuşur. İsrailə verilən təyyarələrdə problemlər çıxıb. Qaldı ki, Türkiyə bu layihədə həm əhəmiyyətli detalların istehsalında var, həm də bölgədəki ən əhəmiyyətli baxım və təmir mərkəzi bizim ölkəmizdə qurulacaq. Əgər Türkiyəni F-35 proqramından çıxarsanız, F-35-lər uzun bir müddət uça bilməz vəziyyətə gələr, layihə zaman baxımından ciddi zərər görər” deyə söyləyib.
 
Türkiyə havadan müdafiədə çox ciddi bir açığı bağlayacaq
 
Türkiyənin ən ehtiyacı olduğu dövrlərdə ABŞ-dan “Patriot” istədiyini, ancaq cavab ala bilmədiyini xatırladan Erenel, bunları söyləyib:
“Həmin vaxt Almanlar və daha sonra Hollandiya bir sistem qurdu. Türkiyənin ən ehtiyacı olduğu dövrlərdə yanımızda olmadılar. NATO heç bir zaman Türkiyə üçün 5-ci maddəni işlətmədi.
Bundan əlavə, NATO-nun "Ölkələr hava müdafiə sistemlərini özləri inkişaf etdirə bilər" deyə qərarı var. Türkiyə də bunu edir. Biz aşağı hündürlükdə mühafizədə güclü, lakin yüksək hündürlükdəki mühafizədə zəif bir ölkəyik. S-400 bu boşluğu çox dolduraraq qüvvətləndirəcək.
 
Biz ABŞ-ı atlatmadıq
 
Türkiyə “Patriot” mövzusunda ABŞ-ı aldadaraq S-400-ə yönəlmədi. S-400-ə müraciət etmək məcburiyyətində qaldı. İndi Rusiya ilə razılaşdıq. Bu dəfə ABŞ “bundan imtina edin” deyir. Dünyanın 10-dan çox ölkəsi S-400-ü istəyir, amma Rusiya hər kəsə vermir. Türkiyə bu mövzuda geri addım atmayacaq və S-400-ü nə bahasına olursa olsun alacaq. Artıq heç bir geriyə dönüş yoxdur. "
Erenel ABŞ-ın bu gerçəklər qarşısında hər addımı ata biləcəyini vurğulayaraq, "ABŞ Qaradənizdə Rus gəmilərinə, ya da hər hansı bir yerdə Türk ünsürlərinə yönəlik bir təxribata əl ata bilər" deyib.
Müxalifət.az