ABŞ-ın S-400 problemi nə ilə bağlıdır? – Hulusi Akar cavab verdi

Baxış sayı:
4960

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın verdiyi iftar mərasimində ona “ABŞ-ın S-400 dərdi nə ilə bağlıdır” sualı verildi. Müdafiə naziri suala bu şəkildə cavab verdi:
 
"Bir NATO üzvünün ittifaq xaricində başqa bir ölkəyə aid sistemə yönəlməsini istəmirlər" deyə cavab verdi.
Təbii bunu bir bəhanə olaraq qəbul edəcəyiksə, digər başqa NATO üzvü ölkələrinin keçmişdə eyni sistemin başqa alt versiyalarını satın almalarını hara qoyacağıq sualı qarşımıza çıxır.
İşin özü budur ki, Amerikalılar Türkiyənin ‘hərbi asılılıq əlaqəsinin' davam etməsini istəyirlər.
Türkiyənin iqtisadi baxımdan ‘bazar olaraq', strateji baxımdan da özündən asılı və məcbur halda qalmasını istəyirlər.
S-400 işini imtina edilməz bir təhdid və şantaj mövzusu halına gətirmələrinin təməl səbəblərinin bunlar olduğunu düşünürəm”.
Müxalifət.az