ABŞ-ın S-400 əndişəsinin əsl səbəbi: Maraqlı “S-400” qiymətləndirməsi

Baxış sayı:
14455

Türkiyə ilə Amerika arasında yaşanan S-400 böhranına münasibət bildirən professor Mete Gündoğan Yeniakit-ə açıqlama verib.
 
 Mete Gündoğan ABŞ ilə Türkiyə arasında yaşanan S-400 böhranını analiz edərək "S-400 məsələsində hökumət çox uğurlu hərəkət edir" deyib. Gündoğan bunları söyləyib:
"S-400-ü mütləq almağımız lazımdır. Bu anda S-400-lərdən daha güclü bir havadan müdafiə sistemi yoxdur. Elə bir coğrafiyadayıq ki, bizim üçün S-400-ün strateji əhəmiyyəti var".
S-400 almağımızla havadan müdafiə sistemimizin hamısıyla təhlükəsiz hala gəlməyəcəyini ifadə edən Gündoğan, sözlərinə belə davam edib:
"Müharibə təbii ki, çox dəhşətli bir hadisədir. Deyək ki, S-400 aldınız. Amerika bizə bir gün hücum etsə, onlar 300-400 təyyarə ilə gələcəklər. ABŞ B-52-lərlə bombalayır. Onların irtifası 45 km ikən S-400 isə 35 km-ə qədər yüksələ bilir. Bu səbəbdən təpədən bombasını buraxar. Arxasından da 300 dənə yenə gəlir. S-400 aldıq deyə, havadan müdafiə sistemimizi tamamilə təhlükəsizliyə qovuşdurduq deyə bilmərik".
 
'ABŞ-ın əndişəsi silah bazarını itirmə qorxusundandır'
 
"Türkiyənin S-400 israrı mövzusunda ABŞ-ın dəliyə dönməsinin səbəbi bazar müharibəsidir" deyən Mete Gündoğan, belə söyləyib:
"Amerika dediyimiz quruluş əslində silah sənayesi üzərində qurulmuş bir quruluşdur. Dərin Amerika da Pentaqondur. Pentaqon da silah sənayesinin mərkəzidir. Siz indi S-400 aldığınız zaman onların sənayesinin qarnına dəlik açırsınız. Bu bölgələrə silahı satan kimdir? Amerika. Ərəblərə, bizə və hər tərəfə silah satırlar. Bunların texnologiyasından daha üstün bir texnoloji silah ilk dəfə NATO üzvü ölkənin bazarına girəcək. Bu bir bazar müharibəsidir. ABŞ-ın əndişəsinin arxasındakı tək səbəb budur. Türkiyə S-400-ləri aldığı zaman digər ölkələr 'Türkiyədə var. Bizdə də olsun' deyəcək. Rusiyanın S-400-ü satdığı hər yerdə ABŞ silah satışını, yəni bazarını itirəcək. Bu bazarı itirməmək üçün də döyüşürlər".
 
'Hökumətin qətiyyətli duruşunun arxasındayıq'
 
Türkiyənin sabit və güclü strukturları ilə Orta Şərqdə daha çox qan axmasının qabağına keçdiyini ifadə edən Gündoğan sözlərini "Biz elm insanları olaraq Türkiyənin S-400 mövzusundakı duruşunu sonuna qədər dəstəkləyirik" deyərək tamamlayıb.
Müxalifət.az