ABŞ S-400-ə görə Türkiyəyə qarşı birtərəfli sanksiya tətbiq edə bilər

Baxış sayı:
169

ABŞ Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiya tətbiq edə bilər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.

Onun sözlərinə görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasıdır.

Nazir deyib ki, sanksiyaların tətbiqi məsələsi araşdırma mərhələsindədir.

Qeyd edək ki, 2017-ci ildə ABŞ-da “Sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” adlı federal qanun qəbul edilib.