ABŞ Rza Zərrab və "Xalqbank" üzərindən Türkiyəni niyə "şantaj" etmək istəyir?

17-25 dekabrda və 15 İyul “çevrişə cəhd”lə istədiklərini əldə edə bilməyincə, iqtisadi zərbə ilə Türkiyə xalqını və dövlətini diz çökdürmək istəyənlər bu dəfə yeni silahını Xalqbank üzərindən çəkib.
 
15 İyul uğursuz çevriliş cəhdindən sonra ABŞ, Türkiyəni beynəlxalq arenada zəiflətmək üçün FETÖ-çuların uydurduqları saxta sənədlərlə başladığı qara piar əməliyyatı başlayıb. Belə ki, AMERİKALI prokuror Bhrara, FETÖ-çu polislərin 17 dekabr “tələsi”ndə hazırladığı xülasənin vergülünə də toxunmayıb.
 
TÜRKİYƏNİN HƏMLƏSİ ABŞ VƏ İSRAİLİN CANINI YANDIRDI
 
Xalqbankın tamamilə qanuni və embarqo qaydaları çərçivəsində olan vasitəçilik statusu, Amerika iqtisadiyyatında mənfi saldo olaraq əks olunub.
Çünki İranla qanuni mübadilə və buna İranın Pakistan-Hindistan müqaviləsinə vasitəçiliyi da əlavə olunduqda ABŞ-ın beynəlxalq ticarət dövriyyəsində 100 milyard dollarlıq dəlik açılmasına səbəb olmuşdu. Bu vəziyyət Yəhudi lobbisinin də narahat edirdi, çünki beynəlxalq valyuta yolunun əvvəlində onlar vardı.
 
NƏDƏN NARAHATDIRLAR?
 
ABŞ və Avropa Türkiyənin müstəqil siyasət yeritməsindən böyük narahatlıq duyur. Türkiyənin son dövrdə Yaxın Şərqdə atdığı qətiyyətli addımlar, bölgədə işğalçı kimi qalmağı planlaşdıran ölkələrin oyunlarını pozub. Digər tərəfdən, Türkiyənin Rusiya ilə yaxınlaşması və S-400 həmləsi isə Türkiyəyə edilən bu hücumların artmasına səbəb oldu.
 
ŞANTAJ EDƏRƏK İMZALAMAĞA MƏCBUR EDİRLƏR
 
Ortada heç bir dəlilin olmamasına baxmayaraq Türkiyəyə qarşı təzyiq üçün zəmin yaratmaq istəyən ABŞ, Zərrab üzərindən həmlə edir. Zərrabı “əgər bizim dediyimiz ifadənin altına imzanı atsan, səni tez buraxarıq, verməsən 35-40 il yatarsan” deyə, şantaj edirlər.

Müxalifət.az