​ABŞ Rusiyaya XƏBƏRDARLIQ etdi: “Qlobal ildırım” BAŞLANIR

ABŞ strateji nüvə güclərinin “Qlobal ildırım” (Global Thunder) təlimlərinə başlayır.
“RİA-Novosti” xəbər verir ki, bu haqda ABŞ Strateji komandanlığının (STRATCOM) rəsmi nümayəndəsi Brayan Maquir bildirib.
O əlavə edib ki, ikitərəfli razılaşmada tələb olunduğu üçün ABŞ təlimlərlə əlaqədar Rusiyaya xəbərdarlıq edib.
STRATCOM-un rəsmi nümayəndəsi qeyd edib ki, müvafiq razılaşma Çinlə olmadığı üçün Pekin təlimlərin başlanması barədə xəbərdar olunmayıb. Maquir xatırladıb ki, “Global Thunder” strateji nüvə təlimləri hər il keçirilir.
Onun sözlərinə görə, təlimlərin ssenarisi ABŞ üçün müxtəlif strateji təhdidləri nəzərdə tutur. STRATCOM-un bütün imkanları cəlb ediləcək, həmçinin müşahidə və kəşfiyyat, qlobal zərbə və raket əleyhinə müdafiə vasitələrinin imkanlarından istifadə olunacaq.
Xatırladaq ki, keçən həftə Rusiyada strateji nüvə güclərinin kompleks təlimləri keçirilib. Təlimlərin gedişatını prezidenti Vladimir Putin izləyib.
Daha əvvəl isə Moskva ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılması üzrə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) planlarını tənqid edib.
ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasına başlayıb. Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanovun sözlərinə görə, ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasıVaşinqtonun yaranmış güc balansını dağıtmaq və qlobal strateji hökmranlığı təmin etmək cəhdini təsdiq edir.