“ABŞ Rusiyaya ticarət müharibəsi elan edib” - Medvedev

ABŞ sanksiyalar tətbiq edərək Rusiyaya qarşı ticarət müharibəsi elan edib.
 
TASS agentlyinin verdiyi xəbərə görə, bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev özünün “Feysbuk” səhifəsində yazıb.
 O, tətbiq edilən sanksiyaların mənasız olduğunu, Rusiyanın bundan sonra da inkişaf edəcəyini bildirib: “ABŞ Rusiyaya əsl ticarət müharibəsi elan edib. Biz rahatca iqtisadiyyat və sosial sahənin inkişafı ilə bağlı işlərimizi davam etdirəcəyik. Son illər biz özümüzə güvənməyə öyrənmişik. Hardasa bu sanksiyaları hətta faydası da olub. Baxmayaraq ki, bu, ümumilikdə mənasızdır. Biz bacaracağıq”.