"ABŞ Rusiyaya siyasi müharibə elan etdi" - Puşkov

ABŞ senatının Rusiyaya qarşı sanksiyaları qanuniləşdirməsi Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Aleksey Puşkovu hiddətləndirib.
 
Puşkov bu barədə öz Tvitter hesabından açıqlama paylaşıb.
O bildirib ki, senatın sanksiyaları qanuniləşdirməsi ilə ABŞ Rusiyaya siyasi müharibə elan edib:
“Yeni sanksiyaları coşğu ilə dəstəkləyən ABŞ senatı sanksiyaların doğuracağı nəticələdən narahat deyil. Bu 6-cı hissini itirən böyük bir dövlətin siyasi müharibə elanıdır”.