ABŞ Rusiyaya qarşı "öldürücü zərbə"yə hazırlaşır

Baxış sayı:
10792

ABŞ Senatı günün sonuna qədər Rusiyanın energetika və bank sektoruna, o cümlədən dövlət borclarına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etməyə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Sanksiyaların “Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi”, “Ukraynaya qarşı aqressiya” əsasları ilə tətbiqi nəzərdə tutulub.
Bundan əlavə, Rusiyanın xam neft istehlakına qarşı da məhdudiyyətlərin olacağı istisna edilmir.